Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

AKVADETRİM VİTAMİN D3 daxilə qəbul üçün damcı

4.48 AZN
AKVADETRİM VİTAMİN D3 daxilə qəbul üçün damcı
İstifadəsinə göstərişlər

D vitamin çatışmazlığının profilaktikası və müalicəsi. Raxitin və raxitə bənzər xəstəliklərin, hipokalsiemik tetanusun, osteomalyasiyanın və

metobolik əsas da sümük xəstəliklərinin (hipoparatireoz və psevdohipoparatireoz kimi)profilaktikası və müalicəsi.

Əks göstərişlər

Preparatın komponentlərinə, xüsusilə benzil spirtinə qarşı yüksək həssaslıq.D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin

yüksəlməsi,kalsiumlu böyrək daşları, böyrək çatışmazlığı, sarkaidoz.

İstifadə qaydası və dozası

Preparat az miqdarda maye ilə daxilə qəbul edilir. 1 damcının tərkibində500 BV vitamin D3 vardır

Preparat aşağıdakı dozalarda istifadə olunur:

Profilaktik məqsədlə:

¾ 3-4 həftəlik vaxtında doğulmuşlara və 2-3 yaşaqədər uşaqlara düzgün qulluq və təmiz havada kifayət qədər olmalarının təmin olunması

şərti ilə: gündə 500-1000 BV (1-2 damcı)

¾ Vaxtindan əvvəldoğulmuş 7-10 günlük uşaqlara, əkiz uşaqlara, pis həyat şəraitində olan körpələrə:gündə 1000-1500 BV (2-3 damcı). Yay

vaxtlarında gündə 500 BV (1 damcı) doza ilə kifayətləndirmək olar.

¾ Hamilə qadınlara:bütün hamiləlik müddətində hər gün  500BV dozada vitamin D
 və ya hamiləliyin 28- ci həftəsindən başlayaraq 1000 BV/

gün

¾ Postmenopauzal dövrdə - gündə 500-1000 BV (1-2 damcı).

Müalicəvi dozalar:

¾ Raxit zamanı:klinik vəziyyətə ciddi nəzarət etməklə, qan və sidiyin biokimyəvi göstəricilərini(kalsium, fosfor, qələvi fosfotazalar)

müayinəsini həyata keçirməklə 4-6 həftə ərzində raxitin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq hər gün 2000-5000 BV(1-2 damcı).

Müalicə 3-5 gün müddətində 2000 BV doza ilə başlanılır, sonra,preparatın orqanizm tərəfindən yaxşı qəbul olunduğu halda doza fərdi

müalicəvi dozaya qədər yüksəldilir. 5000 BV doza yalnız sümüklərdə aydın ifadə olunmuş dəyişikliklər baş verdiyi təqdirdə tətbiq olunur.

Zərurət yaranarsa, bir həftəlik fasilədən sonra müalicə kursunu təkraretmək olar. Müalicə dəqiq müalicəvi effekt alınana qədər aparılır,

sonra profilaktik dozaya keçirilir (500-1500 BV/gün)

¾ Raxitəbənzər xəstəliklərinmüalicəsində: yaşdan , bədən kütləsindən və xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq, qanın və sidiyin

biokimyəvi göstəricilərinə nəzarət etməklə gündə.

20000-30000 BV.Müalicə kursu- 4-6 həftə. Müalicə həkim nəzarəti altında aparılır.

¾ Postmenopauzal osteoporozun kompleks müalicəsində: gündə 500-1000 BV (1-2 damcı)

Dozalanma bir qayda olaraq qida vasitəsilə orqanizmə daxil olan Dvitaminin miqdarı nəzərə alinmaqla təyin edilir.

Təsiredici maddə: 1 ml (30 damcı) məhlulun tərkibində 15000 BVxolekalsiferol vardır.

Köməkçi madddələr: makroqol qliserilrisinoleat, saxar
oza(250 mq), natrium-hidrofosfat dodekahidrat, limon turşusu monohidrat,

cirəaromatizatoru, benzil spirti (15mq), təmizlənmiş su.