NOVALOPİN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
- A və D vitaminlərinin hipovitaminozu ( tez – tez respirator xəstəliklərə tutulma , sümüklərin inkişafının ləngiməsi , görmənin
zəifləməsi , dəri , dırnaqlar və saçların strukturunun pozulması hallarında )
- Osteopatiyaların müalicə və profilaktikasında , cərrahi əməliyyatlardan sonra sümük döyənəklərinin əmələ gəlməsini
sürətləndirmək üçün
- Ateroskleroz və onun damarlarda törətdiyi ağırlaşmaların qarşısını almaq üçün , hiperlipidemiya
- Göz xəstəliklərinin kompleks müalicəsində
- Hamiləlik zamanı ana və gələcək körpənin sağlamlığını qorumaq məqsədilə
- Sinir sistemi xəstəliklərinin kompleks müalicəsində
ƏKS GÖSTƏRİŞLƏR :
- Orqanizmdə kalsium və D vitamininin artıqlığı
- Balıq yağına qarşı xüxusi həssaslıq və allergiya
- Aktiv mərhələdə olan vərəm
- Qalxanvari vəz funksiyalarının pozulması
- Böyrək çatışmazlığı
- Öd və ya sidik kisəsində daşların olması
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :
Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Qida qəbulu zamanı 1 – 2 kapsul , sutkada 1 dəfə daxilə qəbul olunur.
ƏLAVƏ TƏSİRLƏRİ :
Adətən yaxşı qəbul olunur.Nadir hallarda dəridə qızartı və ya qaşınma ola bilər.
DOZA HƏDDİNİN AŞILMASI :
Uzun müddət istifadəsi qanaxma riskinin yaranmasına səbəb ola bilər.
Təsiredici maddə :
- Balıq yağı – 1000 mg
- EPA – 350 mg
- DHA – 250 mg
- VitaminE – 7,5 mg