Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ZİNEFOL

17.80 AZN
ZİNEFOL
FARMAKOKİNETİKASI:

Peroral qəbulundan sonra fol turşusu mədə-bağırsaq traktından, başlıca olaraq 12 barmaq bağırsağın yuxarı

şöbəsindən tam sorulur. Əsas metobolizm qaraciyərdə baş verir. Öd və sidiklə eliminasiya olunur.

GÖSTƏRİŞLƏR:

Fol turşusu çatışmazlığı fonunda anemiya.

Hamiləlik və laktasiya dövrü.

Döldə anadangəlmə qüsurların inkişafının profilaktikası.

Yeniyetmələrdə inkişaf və yetkinləşmə pozulmalarının profilaktikası.

Xroniki yorğunluq, yaddaş pozulması, periferik neyropatiyar.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın tərkibindəki komponentə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI:

Zinefol preparatı gündə 1 həb. yemək zamanı və ya sonra daxilə qəbul edilir.
Aktiv komponent: 1 tabletin tərkibində 400 mkq fol turşusu vardır.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Fol turşusu suda həll olan, bioloji proseslərdə, DNT və RNT zülallarının sintezində iştirak edən B qrupu vitaminidir.

Fol turşusu immun və qanyaranma prosesində mühüm rol oynayır. Eritopoezi stimullaşdırır. Fol turşusu

çatışmazlığı zamanı meqaloblast tipli anemiya meydana gəldiyindən, sadəcə hamilələr üçün deyil, hər insan üçün

önəmlidir. Hamiləliyə hazırlıq dövründə və mayalanmanın ilk həftələrində fol turşusu qadınlarda vacib rol oynayır.

Hamilə qadınlarda fol turşusu çatışmazlığı, döldə anadangəlmə qüsurların inkişafına səbəb ola bilər ( sinir

borularının qüsuru, hidrosefaliya və s. ). Fol turşusu spermatozoidlərin yetişməsi prosesində mühüm rol oynayır

və kişi sonsuzluğunda istifadə oluna bilər.