Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

DEVİT

7.30 AZN
DEVİT
BİOLOJİ XÜSUSİYYƏTLƏR:

D vitamininin kalsium bağırsaqdan sorulmasında və sümüklərdə toplanmasında, həmçinin dərinin

ultrabənövşəyi şüaların zərərli təsirindən qorumasında əhəmiyyətli rolu vardır. Ümumdünya Səhiyyə

Təşkilatının tövsiyəsinə əsasən, D vitamininin tövsiyə olunan qəbulu 50 yaşa qədər olan bütün şəxslərdə,

o cümlədən, hamilə və əmizdirən qadınlarda 5 mkq ( 200 BV ), 50 yaşdan yuxarı olan şəxslərdə isə 10 mkq

( 400 BV ) təşkil edir. Uşaqlarda və yeniyetmələrdə, hamilə və əmizdirən qadınlarda, həmçinin yaşlı şəxslərdə

gündəlik tələbat yüksələ bilər. İstifadəsi rahat və asan olan Devit spreyinin 1 püskürməsi 5 mkq ( 200 BV ) D

vitamininə uyğundur.

GÖSTƏRİŞLƏR:

D vitamininə olan gündəlik tələbatın təmin edilməsi.

İSTİFADƏ QAYDASI:

D vitamininə gündəlik tələbat adətən 5-10 mkq ( 200-400 BV ) təşkil edir.

Gündəlik tələbatın asılı olaraq gündə 1 və ya 2 püskürmə; spreyi birbaşa ağıza və ya maye yaxud qida

məhsullarına püskürmək olar ( məsələn, suya, maye şirəsinə, yoqurta ).

XƏBƏRDARLIQ:

D vitamininə gündəlik ehtiyac coğrafi yerləşmədən, həmiçinin yaşdan asılıdır; həkim məsləhəti tələb oluna

bilər.

Həkim məsləhəti olmadan tövsiyə edilən günlük doza aşılmamışdır. Pasiyentin yaşından asılı olaraq tövsiyə

edilən qəbul dozasını həkim ilə müzakirə etmək məsləhət görülür.

Bioloji aktiv qida əlavələri tənzimlənmiş pəhriz ilə birlikdə qəbulda ən yüksək effektivlik göstərirlər

( tamdəyərli qida rasionunun əvəz etmirlər ).

Preparat sukraloza ilə şirinləşdirilmişdir, tərkibində şəkər yoxdur.

Devit spreyin tərkibində D vitamini olan və sukraloza ilə şirinləşdirilmiş bioloji aktiv qida əlavəsidir.

TƏRKİB:

Spreyin hər 1 püskürməsində 5mq ( 200 BV-yə müvafiq ) D vitamini mövcuddur ( xolekalsiferol şəkilində );

Digər komponentlər – təmizlənmiş qarğıdalı yağı, limon turşusu, polisorbat-80, banan ətirləndiricisi, sukraloza

( şirinləşdirici qismində ), kalium sorbat və natrium benzoat ( konservantlar qismində ), təmizlənmiş su.