Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

SOLİDOSTE

22.40 AZN
SOLİDOSTE
FARMAKOLOJİ QRUPU:

Kalsium və fosfor mübadiləsi requlyatoru.

Kalsium – və D3 vitamininin qəbulu sümük toxumasının rezorpsiyasını sürətləndirən paratiroid hormonun

sintezi zəiflədir. D3 vitaminin aktiv transport fəaliyyəti nəticəsində kalsium nazik bağırsağın proksimal

hissəsindən sürətli sorulması təmin olunur.

GÖSTƏRİŞLƏRİ:

-  Postmenopauzal və yaşlanma ilə əlaqədər osteporozların müalicə və profilaktikası məqsədi ilə;

-  Kalsium və D3 vitaminin çatışmamazlığının bərpası məqsədi ilə;

-  Kalsium və D3 vitamininə təlabatın artıdığı hallar – hamiləlik və laktasiya dövrü, 2 yaşdan yuxarı uşaqlar.

ƏKS GÖSTƏRİŞLƏR:

Hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibindəki hər hansı

komponentə qarşı hiperhəssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ:

Sutkalıq dozanı 1200 mq Ca və 10 mkq D3 vitaminindən artıq təyin etmək olmaz.

QƏBUL QAYDASI:

Böyüklərdə: osteoporozun profilaktikası üçün 1 tabletdən gündə 1-2 dəfə, müalicəsi məqsədi ilə isə 1 tabletdən

gündə 2-3 dəfə təyin edilir.

Kalsium və D vitaminin defistinin bərpası məqsədi ilə: 12 yaşdan yuxarı uşaqlarda və həkim məsləhətinə uyğun

deyişdirilə bilər.

ƏLAVƏ TƏSİRLƏRİ:

Allergik reaksiyalar, mədə-bağırsaq traktının disfunksiyaları ( ishal və ya diareya, meteorizm, qusma, qarın

nahiyyəsində ağrılar ), hiperkalsinemiya və hiperkalsiuriya ( sidikdə və qanda kalsiumun miqdarının artması ).

DOZA HƏDDİNİN AŞILMASI:

Anoreksiya, susuzluq, poliuriya, iştahın azalması, başgicəllənmə, üşümə halsızlıq, ürəkbulanma, qusma,

hiperkalsinemiya, hiperkalsiuriya, hiperkreatinemiya.
 

Kalsium – 600 mq ( kalsium karbonat – 1500 mq );

Sink ( sink oksid ) – 10 mq;

D3 vitamini ( cholecalciferol ) – 5 mkq ( xolekalsiferol konsentratı – 2 mq);

K1 vitamini ( phytomenadione ) – 50 mkq.