Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ZEFEKSAL 180 mq

7.42 AZN
ZEFEKSAL 180 mq
İstifadəsinə göstərişlər: Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda xroniki idiopatik övrə xəstəliyinin simptomatik müalicəsi.

Əks göstərişlər: Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası: 
Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara gündə 1 dəfə 180mq dozada təyin olunur. Doza həddinin aşılması: Məlumat çox məhduddur

Simptomları: başgicəllənmə, yuxusuzluq və ağızda quruluq.
Müalicəsi: absorbsiyaya uğramamış preparat MBT-dən standart üsullarla xaric edilir. Ehtiyac olarsa simptomatik və dəstəkləyici müalicə aparılır.
Feksofenadin-hidroxlorid -in qandan hemodializ üsulu ilə xaric edilməsi effektiv deyildir.



Təsiredici maddə: hər tabletin tərkibində 168mq feksofenadinə ekvivalent miqdarda (180mq) feksofenadin-hidroxlorid vardır.

Köməkçi maddələr: nişasta, mikrokristallik sellüloza, natrium kroskarmelloza, maqnezium-stearat, opadray 21S20059 purple.