Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

NOVASETRİN TABLETKA

4.36 AZN
NOVASETRİN TABLETKA
İstifadəsinə göstərişlər: 
Novasetrin tabletləri böyüklərdə və 6 yaş və ondan böyük uşaqlarda aşağıdakı hallarda təyin edilir. 

– yüksək qızdırma əlamətlərinin  və toz yada ev heyvanlarına qarşı yaranan allergiyaların asqıraq, qaşınma , burun axması və tutulması , gözlərin qızarması və sulanması kimi əlamətlərin yüngülləşdirilməsi üçün . 
 
–dərinin şişkinliyinin , qızarmasının və qaşınmasının yüngülləşdirilməsi üçün .
 
 Böyüklərdə ,2 yaş və ondan böyük uşaqlarda Novasetrin oral damcısı aşağıdakı hallarda təyin edilir. 
– yüksək qızdırma əlamətlərinin  və toz yada ev heyvanlarına qarşı yaranan allergiyaların asqıraq, qaşınma , burun axması və tutulması ,

gözlərin qızarması və sulanması kimi əlamətlərin yüngülləşdirilməsi üçün . 

–dərinin şişkinliyinin , qızarmasının və qaşınmasının yüngülləşdirilməsi üçün . 

Əks göstərişlər:
Novasetrini aşağıdakı hallarda qəbul etməyin.   
 – Əgər sizdə ağır böyrək xəstəliyi varsa 
- Əgər sizdə Novasetrin  10 mq tabletlərinin təsiredici maddəsi olan setirizin-hidroxloridə və ya digər inqrediyentlərinə qarşı allergiya (yüksəs həssaslıq) varsa.
 
-  Əgər sizdə hidroksizinə qarşı allergiya varsa (yüksək həssaslıq) varsa.  
– Əgər sizdə piperazin qrupu dərmanlarına , məsələn buklizinə,siklizinə , meklozinə , levositirizinə qarşı allergiya (yüksək həssaslıq) varsa. 
Aşağıdakı halda siz Novasetrin tabletlərini qəbul etməməlisiniz. 

 – Əgər həkiminiz sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişsə(bu dərmanın tərkibində laktoza vardır) 

İstifadə qaydası və dozası:
Tabletləri bir stəkan maye ilə udmaq lazımdır. 
Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr:gündə 1 dəfə 10 mq(1 tablet) 

6 yaşdan 12 yaşa qədər uşaqlar:Gündə 2 dəfə 5mq(1/2 tablet); 

Böyrək problemləri olan pasiyentlər : Mötədil böyrək çatışmazlığı olan pasiyentlərə gündə 1 dəfə 5 mq (1/2 tablet və ya 10 oral damcı) qəbul etmək tövsiyə edilir. 





 

Örtüklü tabletlər:  Təsiredici maddə: bir örtüklü tabletin tərkibində 10 mq setirizin – hidroxlorid vardır.   

Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, susuz kolloidal silisium 4-oksid, maqnezium stearat. standart qablaşdırma: Opadray II ağ(tərkibi hipromellozadan, titan 4-oksiddən (E171, polidekstrozadan (E1200, talkdan, maltodekstrindən, orta zəncirli triqliseridlərdən ibarətdir