Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

QUTTALAKS

9.28 AZN
QUTTALAKS
İstifadəsinə göstərişlər:
-  Atonik qəbizlik ;
-  Nəcisin tənzimlənməsi ;
-  Cərrahi əməliyyatlara ,instrumental və rentgenoloji müayinələrə hazırlıq.
Əks göstərişlər:
-  Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq ;
-  Bağırsaqın kəskin iltihabi prosesləri ;
-  Ağır dehidratasiya .
İstifadə qaydası və dozası:
Böyüklərə : başlanğıc doza 10 damcı təşkil edir,sonra qəbizliyin ağırlığından asılı olaraq doza fərdi seçilir –gündə 1 dəfə 10 damcıdan 20 damcıya qədər .
10  yaşdan yuxarı uşaqlar  gündə 1 dəfə 10 damcıdan 20 damcıya qədər (5-10 mq) ;
4-10 yaş uşaqlar :tövsiyə edilən dozalar gündə 5-10 damcı .
4 yaşdan kiçik uşaqlar tövsiyə edilən doza gündə bədən kütləsinin hər kq-na 0,25 mq .
Növbəti səhər nəcisinin yaranması üçün preparatı gecə ,yatmazdan əvvəl qəbul etmək lazımdır.
Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Reseptsiz  buraxılır
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
 
Tərkibi
Təsiredici maddə:1 ml məhlulun tərkibində 7,5 mq natrium pikosulfat monohidrat vardır.
Köməkçi maddələr:natrium-benzoat ,duru sorbitol , natrium sitrat vdihidrat ,limon turşusu  monohidrat, təmizlənmiş su