Şərtlərlə razıyam. Qaydalar

Şifrəni unutmusunuz?
Login

Səbət

Bağla

ERQOKALSOFEROL (D2 VİTAMİNİ)

1.66 AZN
ERQOKALSOFEROL (D2 VİTAMİNİ)
İstifadəsinə göstərişlər:
D hipovitaminozunun, raxitin profilaktikası və müalicə üçün, həmçinin kalsium mübadiləsinin pozulması ilə bağlı olan sümük iyli xəstəlikləri zamamnı (osteoporozun müxtəlif formaları, osteomalyasiya), qalxanabənzərətraf vəzilərin funksiyasının pozulması (tetaniyası), dəri sümük vərəmi, psoriaz, dəri və selikli qişaların sistem qırmızı qurdeşənəyi (SQQ) zamanı.

Əks göstərişlər:
-preparatın komponentlərinə qarşı həssaslığın artması;
-D hipervitaminozu;
-ağciyər vərəminin aktiv forması;
-mədə və onikibarmaq bağ\ırsağın xora xəstəliyi;
-qaraciyər və böyrəklərin kəskin və xoraniki xəstəliyi;
-ürək damarların dekompensasiya mərhələsində olan üzvi xəstəlikləri;
-qanda və sidikdə kalsium və fosforun səviyyəsinin artması;
-sarkoidoz;
-sidikdaşı xəstəliyi.

İstifadə qaydası və dozası:
Erqolkalsiferolu yemək vaxtı daxilə qəbul etmək lazımdır. Preparatın 1 ml-nin tərkibində 50000 BV olur. Preparatı damcı şəklində qəbul etmək lazımdır, göz pipetindən damızdırılan bir damcının tərkibində təxminən 1455 BV olur.
Raxitin müalicəsi üçün xəstəliyin ağırlıq dərəcəsi  və kiliniki gedişinin xarakteri nəzərə alınmaqla Erqokalsiferolu (D2 vitaminin) 30-45 gün ərzində 1400-5600 BV dozada təyin etmək lazımdır. Göstərilən müddətdə müalicəvi effektə nail olduqdan sonra D vitaminin uşaq 3 yaşına çatana qədər gündə  500 BV dozada profilaktika  təyininə keçilir. Yay aylarında preparatın qəbulunda fasilələr edilir.

Təsiredici maddə: 1 ml50000 BV-ə müvafiq gələn 1,25 mq erqokalsiferol vardır

Köməkçi maddələr:saflaşdırılmış, dezodroasiya edilmiş, ‘‘P’’ markalı dondurulmuş günəbaxa yağı.